Əli Hüseynli: “Əkrəm Əylisli, İbrahimbəyov, Leyla Yunuslar, İsa Qəmbərlər, Əli Kərimlilər Azərbaycan əleyhinə fəaliyyət göstərirlər”

Əli Hüseynli: “Əkrəm Əylisli, İbrahimbəyov, Leyla Yunuslar, İsa Qəmbərlər, Əli Kərimlilər Azərbaycan əleyhinə fəaliyyət göstərirlər”
# 01 fevral 2013 11:10 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Əkrəm Əylisli, İbrahimbəyov, Leyla Yunuslar, İsa Qəmbərlər, Əli Kərimlilər və İctimai Palatanın digər üzvləri bütövlükdə Azərbaycan əleyhinə fəaliyyət göstərirlər”. APA-nın məlumatına görə, bunu Milli Məclisin iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. O bildirib ki, adları sadalananların mövqeyi AŞPA-da Azərbaycan əleyhinə fəaliyyət göstərənlərin mövqeyi ilə üst-üstə düşür: “Amma AŞPA-da əleyhimizə olan hesabatın qəbul olunmaması təhlükənin qarşısını aldı. Bu yaxınlarda tələb eşitmişik ki, Avropa Parlamentində İsmayıllıdakı hadisələrlə bağlı dinləmələr keçirilsin. Bu, gülüncdür. Necə olur ki, Yunanıstanda ölkə boyu kütləvi aksiyalar gedir, amma o barədə dinləmə keçirilmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR