Stoltenberg: “NATO Baltikyanı ölkələrdə və Polşada 4 tabor yerləşdirəcək”

Stoltenberg: “NATO Baltikyanı ölkələrdə və Polşada 4 tabor yerləşdirəcək”
# 08 iyul 2016 19:37 (UTC +04:00)

Bakı-APA. NATO-ya üzv dövlətlərin liderləri Baltikyanı ölkələr və Polşada rotasiya əsasında dörd çoxmillətli tabor yaratmağa qərar verib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO baş katibi Yens Stoltenberq bəyan edib.

"Biz NATO-nun şərq hissəsində hərbi iştirakımızı genişləndirmək məqsədi ilə 4 taborun yaradılmasına qərar verdik”, deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə qoşunlar rotasiya əsasında yerləşdiriləcək. Latviyaya Kanada, Litvaya Almaniya, Estoniyaya Böyük Britaniya, Polşaya isə ABŞ hərbçiləri göndəriləcək.

İyulun 8-də Polşanın paytaxtı Varşavada NATO-nun Sammiti işə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR