Bakıda evində yıxılaraq köməksiz vəziyyətdə qalan kişi xilas olunub

Bakıda evində yıxılaraq köməksiz vəziyyətdə qalan kişi xilas olunub
# 16 iyul 2015 21:03 (UTC +04:00)

Bakı-APA. Bakının Yasamal rayonunda yaşlı kişi mənzildə köməksiz vəziyyətdə qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunmuş xilasedicilər həmin şəxsi mənzildə yıxılmış vəziyyətdə aşkar edib və çarpayıya uzadaraq hadisə yerində olan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verib. Əməliyyat saat 22:22-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR