Azərbaycanda ərzaq təhlükəsizliyi və kənd ərazilərinin inkişafı üzrə milli məsləhətləşmələr aparılır - FOTOSESSİYA

Azərbaycanda ərzaq təhlükəsizliyi və kənd ərazilərinin inkişafı üzrə milli məsləhətləşmələr aparılır - <span style="color: red;">FOTOSESSİYA
# 30 aprel 2013 07:49 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bu məqsədlə bu gün Bakıda müxtəlif maraqlı tərəflərin, o cümlədən hökumət, donorlar, beynəlxalq inkişaf partnyorları, universitet, tədqiqatçılar, özəl sektor və QHT-lərin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.


Kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib ki, Azərbaycan 2015-ci ildə yekunlaşacaq «Minilliyin inkişaf məqsədləri» planından sonrakı Davamlı İnkişaf Məqsədləri üçün milli dialoqun aparıldığı 100 ölkəyə qoşulub. Müzakirələr milli davamlı inkişafın planlaşdırılması və 2015-ci ildən sonra gələn müddət üçün İnkişaf Məqsədləri üzrə qlobal müəyyənləşdirilməsinə Azərbaycanın mövqeyinin formalaşdırılmasına öz töhfəsini vermək və təsir etməyə kömək edəcək.


Azərbaycan hökuməti minilliyin inkişaf məqsədlərinin həyata keçirilməsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiq qalıb, Azərbaycanda son 5 ildə indiyə qədər görünməmiş iqtisadi artım müşahidə olunub, minilliyin ilk məqsədi olan yoxsulluğun yarıya qədər azaldılması sahəsində ölkədə atılmış ciddi addımlar nəticəsində yoxsulluq səviyyəsi 49%-dən 7%-ə qədər azalıb, 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı proqramının uğurla icra edilməsi nəticəsində Azərbaycanda 1 mln-dan artıq yeni iş yeri açılıb ki, bu iş yerlərinin mütləq əksəriyyəti aqrar sektorda yaranıb. Nazir müavini qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı ölkənin iqtisadi siyasətinin əsasını təşkil edir və bu səbəbdən ölkə başçısı bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərir.


Nazir müavini ölkədə kənd təsərrüfatı sektorunda nailiyyətlərin əldə edilməsində bir sıra beynəlxalq təşkilatların və maliyyə qurumlarının, xüsusilə də FAO ilə yaradılmış sıx əlaqələri diqqətə çatdırıb, FAO tərəfindən Azərbaycana verilən dəstəyin kənd təsərrüfatı sahəsində islahatların aparılması üçün çox vacib olduğunu vurğulayıb.


O, kənd təsərrüfatı sahəsində əldə edilən nailiyyətlərə baxmayaraq, ölkədə ərzaq təhlükəsizliyinin gücləndirilməsində, ölkə əhalisinin keyfiyyətli və təhlükəsizlik qida məhsulları ilə təmin edilməsində və regionların inkişaf etdirilməsində həll olunmamış məsələlər, problemlərin olduğunu, bu baxımdan milli səviyyədə kənd təsərrüfatında davamlı istehsalın dəstəklənməsinə investisiya qoyuluşunun, bitki və heyvandarlıq məhsullarının artırılması istiqamətində yeni texnologiyaların tətbiqinə, kənd təsərrüfatı sahəsində elmin inkişaf etdirilməsinə, baş verə biləcək ərzaq böhranlarının aradan qaldırılmasına cavab verəcək mexanizmlərin işlənib hazırlanmasına ehtiyac olduğu vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR