Azərbaycanın həyat sığortası bazarında yığım 5%, ödəniş isə 3,8 dəfə artıb

Azərbaycanın həyat sığortası bazarında yığım 5%, ödəniş isə 3,8 dəfə artıb
# 14 aprel 2015 08:59 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar-mart aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 23,9%-i və ya 32,25 mln. manatı həyat sığortasının payına düşüb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin eyni dövrünə nisbətən həyat sığortası bazarı təxminən 5,1% böyüyüb.

Həyat sığortasındakı yığımların təxminən 49,8%-i və ya 16,1 mln. manatı həyatın yaşam sığortasının, 33,7%-i və ya 10,9 mln. manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 16,1%-i və ya 5,2 mln. manatı həyatın ölüm halından sığortasının, cəmi 0,4%-i və ya 126 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

3 ay ərzində həyat sığortası üzrə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 7,24 mln. manat təşkil edib. Bu da ümumi ödənişlərin 20,3%-ni təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 3,8 dəfə çoxdur.

Həyat sığortası üzrə ödənişlərin təxminən 80,4%-i və ya 5,8 mln. manatı həyatın yaşam sığortasının, 10,3%-i və ya 748 min manatı həyatın ölüm halından sığortasının, 9,3%-i və ya 676 min manatı isə istehsalatda bədbəxt hadisələrdən sığortanın payına düşüb. Sağalmaz xəstəliklərdən sığorta üzrə ödəniş isə olmayıb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 22,4 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu rəqəm 6,3 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR