Ombudsman Aparatının əməkdaşları Bakıdakı Polis idarələrində başçəkmələr həyata keçiriblər

 Ombudsman Aparatının əməkdaşları Bakıdakı Polis idarələrində başçəkmələr həyata keçiriblər
# 21 may 2015 07:04 (UTC +04:00)

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmələrdə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.


Başçəkmələr zamanı MPQ üzvləri tərəfindən həmin müəssisələrdə saxlanılan şəxslər fərdi qaydada qəbul edilib, onlarla konfidensial şəraitdə söhbətlər aparılıb.

Saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyib. Onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hüquqi məsləhətlər, həmin müəssisə rəhbərliyinə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Başçəkmələrin nəticələri ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR