Ərdoğan: “Ümidvaram ki, Türkiyə-Rusiya münasibətləri əvvəlki səviyyəyə qayıdacaq”

Ərdoğan: “Ümidvaram ki, Türkiyə-Rusiya münasibətləri əvvəlki səviyyəyə qayıdacaq”
# 05 avqust 2016 17:28 (UTC +04:00)

Bakı – APA. “Ümid edirəm ki, Türkiyə-Rusiya münasibətləri əvvəlki səviyyəyə qayıdacaq”.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə görüşdən sonra keçirdiyi birgə brifinqdə deyib.

Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini deyən Ərdoğan Nazarbayevin Ankara-Moskva münasibətlərinin normallaşması işinə töhfə verdiyini qeyd edib: “Əlaqələrimizdə problemlər olanda, Nazarbayevin Putinlə danışıqları olub. O, münasibətlərimizin bərpası üçün səylər göstərib”.

Nazarbayev isə bildirib ki, Qazaxıstanla Türkiyənin Rusiya ilə münasibətlərə baxışları üst-üstə düşür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR