ƏMDX: Bu il 154 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

ƏMDX: Bu il 154 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
# 24 iyun 2024 11:29 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-may ayları ərzində daşınmaz əmlak üzərində 154.337 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Bu barədə "APA-Economics"ə Xidmətdən bildirilib. Qeyd edilib ki, bu göstəricinin 23.989-u (15,5%) ilkin, 130.348-i isə (84,5%) isə təkrar qeydiyyatın payına düşür.

Məlumata görə, 2024-cü ilin ilk 5 ayında fərdi yaşayış və bağ evi üzərində - 23.455, mənzil üzərində - 34.094, torpaq sahəsi – 91.749, qeyri-yaşayış binası – 1.357, qeyri-yaşayış sahəsi – 3.345, əmlak kompleksi - 321, çoxmərtəbəli yaşayış binası üzərində isə 16 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 39.177-si Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Əlavə edilib ki, bu ilin yanvar-may ayları ərzində 114.705 texniki pasport tərtib edilib, 29.311 ipoteka müqaviləsi qeydiyyata alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR