AMEA Əlyazmalar İnstitutuna yeni direktor müavini təyin edilib - FOTO

AMEA Əlyazmalar İnstitutuna yeni direktor müavini təyin edilib - <span style="color: red;">FOTO
# 20 oktyabr 2014 14:08 (UTC +04:00)

Bakı - APA. AMEA Rəyasət Heyətinin qərarı ilə filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli AMEA Əlyazmalar İnstitutuna Elmi işlər üzrə direktor müavini təyin edilib.

İnstitutdan APA-ya verilən xəbərə görə, bu gün AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Aybəniz Əliyeva-Kəngərlini kollektivə təqdim ediblər.

Qeyd edək ki, Aybəniz Əliyeva-Kəngərli uzun müddət AMEA Mərkəzi Elmi Kitabxanasına rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR