Bakı – APA. Şahmat üzrə Dünya Qran-prisinin yeni mövsümünün cədvəli məlum olub. Apasport.az saytının məlumatına görə, bunu FİDE-nin Norveçin Tromso şəhərində keçirilən Baş Assambleyasında çıxış edən qurumun prezidenti Kirsan İlyumjinov açıqlayıb.
O bildirib ki, kişilər arasında yarışın ilk 2 mərhələsi bu ilin noyabr-oktyabr aylarında keçiriləcək. Bu mərhələlərə Azərbaycan və Özbəkistan paytaxtları ev sahibliyi edəcəklər. Bakı və Daşkənddən fərqli, növbəti 2 mərhələnin təşkilatçıları hələ dəqiqləşməyib. Gələn ilin əvvəlində keçiriləcək son turnirləri qəbul etməyə namizədliyini verən ölkələr arasında seçim isə yaxın müddətdə aparılacaq.
İlyumjinov onu da deyib ki, qadınlar arasında keçirilən cari Qran-prinin 6-cı – həlledici mərhələsi əvvəlcədən planlaşdırıldığı kimi Erdenetdə (Monqolustan) deyil, Şərcahda (BƏƏ) olacaq.
Qeyd edək ki, 2015-ci il Dünya Kuboku və 2016-cı il Şahmat Olimpiadası da Bakıda keçiriləcək.
Bakı Dünya Qran-prisinin mərhələ yarışına ev sahibliyi edəcək
11 avqust 2014 14:21 (UTC +04:00)
Stolüstü oyunlar
FHN-in qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
17:32
19 aprel 2024
Şəhriyar Məmmədyarov Kanadada rapid üzrə yarışın qalibi olub
11:39
17 aprel 2024
Nicat Abasov İddiaçılar turnirinə heç-heçə ilə başlayıb
05:24
5 aprel 2024
Şəhriyar Məmmədyarov reytinq siyahısında irəliləyib
10:38
1 aprel 2024