ARDNŞ-in vitse-prezidenti Meksika səfiri ilə görüşüb

ARDNŞ-in vitse-prezidenti Meksika səfiri ilə görüşüb
# 10 noyabr 2015 14:06 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovla görüşüb.

Səfirlikdən APA-ya verilən məlumata görə, neft sahəsində ikitərəfli əlaqələrin inkişafı məqsədilə baş tutan görüşdə ölkələr arasındakı münasibətlərdə, milli mədəniyyətlərdə olan oxşarlıqlardan söz açılıb.

Səfir neft-qaz sahəsində təcrübə mübadiləsinin həm onun inkişafına, həm də iki ölkənin rifahına xidmət edəcəyini qeyd edib.

E. Nəsirov isə şirkətin fəaliyyəti, xarici ölkələrdə reallaşan layihələr və sərmayələr barədə məlumat verib. O həmçinin Azərbaycanda neft hasilatının tarixinə toxunub.

Görüş zamanı tərəflərin Meksika (Pemex) və Azərbaycanın (SOCAR) neft şirkətləri arasında mümkün əməkdaşlığa marağı ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR