Qarabağ Azadlıq Təşkilatı növbəti qurultayını cəbhə bölgəsində keçirmək istəyir

Qarabağ Azadlıq Təşkilatı növbəti qurultayını cəbhə bölgəsində keçirmək istəyir
# 23 aprel 2013 13:54 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) IV qurultayının keçirilməsi üçün yer ayrılması ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə müraciət edib.

QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilib ki, təşkilat qurultayın iyunun 1-də keçirilməsi haqda qərar qəbul edib.

Qurultayda 600 nəfərdən artıq nümayəndənin, 100-ə qədər qonağın iştirakı nəzərdə tutulub.

“Təşkilat həmişə Azərbaycan dövlətinə xidmət edib, torpaqların işğaldan azad olunması işinə ictimai xətlə yardımçı olmağa çalışıb. Biz hesab edirik ki, cəmiyyətin bütün siyasi, ictimai qüvvələri, hər bir vətəndaş torpaqlarımızın işğaldan azad olunması naminə səylərimizi birləşdirməli, Qarabağ məsələsində iqtidar-müxalifət fərqliliyi olmamalıdır”.

Müraciətdə o da qeyd olunub ki, QAT qurultayını cəbhə bölgəsində, məsələn, Quzanlı, Horadiz, Bərdə, Tərtər, Goranboy, Qazax, Tovuz, Gədəbəy, Sədərək şəhərlərinin hər hansı birində və yaxud Bakıda keçirmək istəyir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR