Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu İdarə Heyətinin üzvü: “Dağlıq Qarabağdan olan QHT-lər forumda ayrıca iştirak edə bilməyəcəklər”

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu İdarə Heyətinin üzvü: “Dağlıq Qarabağdan olan QHT-lər forumda ayrıca iştirak edə bilməyəcəklər”
# 23 aprel 2013 11:22 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu İdarə Heyətinin üzvü, Azərbaycan üzrə Milli Platformanın koordinatoru Qubad İbadoğlu deyib.

Q. İbadoğlu bildirib ki, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu İdarə Heyətinin aprelin 4-5-də İrəvanda toplantısı keçirilib: “Mən Azərbaycandan qurumun İdarə Heyətində təmsil olunan yeganə şəxsəm. Həmin toplantıya qatılmadığıma görə, Azərbaycan bu yığıncaqda təmsil olunmayıb. İclasda forumun illik toplantısının keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Qərara alınıb ki, illik toplantı oktyabrın 4-də və 5-də Moldovanın paytaxtı Kişinyovda olsun. Burada münaqişə olan bölgələrin də vətəndaş cəmiyyəti təşkilatlarının həmin toplantıda iştirakı məsələsi müzakirə olunub. Təklif edilib ki, “Şərq Tərəfdaşlığı regionları” adlı qrup yaradılsın və bura Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanıdan QHT-lər cəlb edilsin. İdarə Heyətinin üzvü kimi mən həmin yığıncaqda iştirak etmədiyimə görə, qərar qəbul edilməyib”.

Q. İbadoğlu qeyd edib ki, bu təklif Forumun Azərbaycan üzrə Milli Platformasında aprelin 16-da müzakirə edilib və qərara gəlinib ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və bu baxımdan Dağlıq Qarabağda olan QHT-lərin təmsilçiliyinə yalnız Azərbaycan nümayəndə heyətinin tərkibində ola bilər: “Qərarımızda təklif olunub ki, əgər Dağlıq Qarabağdan bu çərçivədə forumun işində iştirak etmək istəyən varsa, müraciət edə bilər. Dağlıq Qarabağın erməni icmasını təmsil edən olacaqsa, bir QHT-də azərbaycanlı icmasından olmalıdır. Əgər ermənilər buna razılıq verərlərsə, biz növbəti toplantıda onların iştirakı məsələsinə baxa bilərik. Bu qərarı Forumun İdarə Heyətinə göndərdik və qurum Milli Platformanın bu qərarını qəbul etdi. Yəni Dağlıq Qarabağdan olan QHT-lərin burada iştirakı məsələsi bitdi. Artıq ermənilərin bizə müraciət edib-etməyəcəklərini deyə bilmərəm. Ancaq abxazlar, osetinlər və digər münaqişə bölgəsindən olan QHT-lərin iştirakı məsələsinə isə bizim aidiyyatımız yoxdur”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR