Qubada 32 yaşlı kişi bıçaqlanıb

Qubada 32 yaşlı kişi bıçaqlanıb
# 12 iyun 2012 13:20 (UTC +04:00)
Quba. Vəli Turan – APA. Bu gün günorta saatlarında Quba rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 32 yaşlı Söhüb kənd sakini Əvəz Xələfov Quba mərkəzi bazarında yerləşən mağazalardan birində bıçaqlanıb. Bir nəfər əlində bıçaqla mağazaya daxil olaraq Əvəz Xələfova 4 bıçaq zərbəsi vurub və ərazidən uzaqlaşıb. Bıçağı isə dükanın qarşısına atıb.
Yaralı şahidlərin köməyi ilə Quba Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Əvəz Xələfov qarın, bel və qabırğaların alt hissəsindən kəsilmiş-deşilmiş yaralar alıb. Onun üzərində cərrahiyyə əməliyyatı aparılır.
Ə. Xələfəvu onun keçmiş qaynı Quba rayon Rük kənd sakini Rüstəm adlı şəxsin bıçaqladığı bildirilir. Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxsin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR