Azərbaycanın xarici işlər naziri Kuba səfirini qəbul edib - FOTO

Azərbaycanın xarici işlər naziri Kuba səfirini qəbul edib - <font color=red>FOTO</font>
# 02 oktyabr 2012 14:17 (UTC +04:00)
Bakı – APA. Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kubanın Azərbaycana yeni təyin olunmuş səfiri Omar Senon Medina Kinteronu qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Elmar Məmmədyarov Kubalı səfiri ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir əmin olduğunu bildirib ki, yeni səfirin fəaliyyəti iki ölkə arasındakı əlaqələrin inkişafına töhfə verəcək.

Görüşdə Azərbaycan-Kuba münasibətlərinin inkişafı üçün potensialın olduğu və bu baxımdan qarşılıqlı səfərlərin təşkil olunmasının əhəmiyyəti qeyd olunub. Həmçinin iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılmasının vacibliyi vurğulanıb.

Kubanın yeni səfiri Omar Kinetoro ökəmizə səfir təyin olunmasından məmnun olduğunu diqqətə çatdırıb və ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək əzmində olduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR