Nazir: “İran Ermənistan, Pakistan, İraq və Əfqanıstanla yeni neft müqavilələri imzalayıb”

Nazir: “İran Ermənistan, Pakistan, İraq və Əfqanıstanla yeni neft müqavilələri imzalayıb”
# 25 may 2012 14:22 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranın neft və təbii qaz istehsalı iki il müddətində iki dəfə artacaq. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu sözləri İranın neft naziri Rüstəm Qasımi deyib.

Onun sözlərinə görə, artıq illik 4 mlrd. dollar məbləğində benzin idxalı dayandırılıb: “Çünki neftayırma zavodlarımız 1 mln. barel neft emal etmək gücünə malikdir. Təbi qaz istehsalı isə 1 milyard 470 milyon kubmetrə çatdırılacaq”.

R.Qasımi bildirib ki, İran bu il qonşu ölkələrə 10 mlrd. dollar məbləğində müxtəlif neft məhsulları ixrac edəcək: “Bununla bağlı Ermənistan, Pakistan, İraq və Əfqanıstanla yeni neft müqavilələri imzalanıb. “Cənubi Pars” neft və təbii qaz yatağının işlənilməsi isə yerli şirkətlərə həvalə edilib. Yəni “Total” və “Shell” şirkətlərinin yeri doldurulub. Bu da sanksiyaların İranın neft sənayesinə artıq təsir göstərə bilməyəcəyi deməkdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR