Amerikalı senator Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzində çıxış edib

Amerikalı senator Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzində çıxış edib
# 05 sentyabr 2012 15:44 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA. Bu gün Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzində ABŞ-ın Vaşinqton ştatının senatoru Liza Braun “İcmaların problemlərinin həlli üçün effektiv liderlik bacarıqları” mövzusunda çıxış edib. APA-nın məlumatına görə, L. Braun Amerika qadınlarının siyasətdə vacib rolundan danışaraq öz uğurlu karyerasının sirlərini bölüşüb. Senator tələbələrin suallarını da cavablandırıb.

Qeyd edək ki, L. Braun Azərbaycanda dörd gün qalacaq və Gəncə, Yevlax, Qazax rayonlarına gedəcək. Səfər ABŞ səfirliyi və Birləşmiş Demokratiya Fondu (BMDF) tərəfindən maliyyələşdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR