Putin: “Rusiya sübut elədi ki, bu ölkədə əcnəbi ssenarilər baş tutmayacaq”-FOTO

Putin: “Rusiya sübut elədi ki, bu ölkədə əcnəbi ssenarilər baş tutmayacaq”-<font color=red>FOTO</font>
# 04 mart 2012 20:20 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. Rusiyanın paytaxtında Vladimir Putin tərəfdarlarının izdihamlı mitinqi keçirilir.

APA-nın Moskva müxbiri xəbər verdiyi məlumata görə, Kreml yaxınlığında yerləşən “Manej” meydanında keçirilən mitinqə Rusiya prezidenti Dmitriy Medvedev və baş nazir Vladimir Putin də qatılıblar. 110 min nəfərdən çox insanın iştirak etdiyi mitinqdə D. Medvedev çıxış edib. O, V.Putinin qələbə qazandığını söyləyib: “Vladimir Putinin qələbəsi bütün xalqa lazımdır. Biz bu qələbəni heç kəsə verməyəcəyik”.

Daha sonra V. Putin çıxış edib. O, bütün rus xalqına prezident seçkilərində iştirak etdiyinə görə təşəkkürünü bildirib: “Bura gələnlərə isə öz xüsusi təşəkkürümü bildirirəm. Böyük Rusiyaya “hə” deyənlərə öz minnətdarlığımı bildirirəm. Mən sizə demişdim, qələbə qazanacağıq. Biz açıq və haqlı mübarizədə qələbə qazandıq. Bu təkcə prezident seçkiləri deyildi. Bu bir test idi. Biz sübut elədik ki, bizə heç kəs kənardan müdaxilə edə bilməz. Rusiya sübut elədi ki, bu ölkədə əcnəbi ssenarilər baş tutmayacaq. Mən hər kəsi Rusiyanın maraqları uğrunda birləşməyə çağırıram”.

Qeyd edək ki, Rusiyada keçirilən prezindet seçkilərinin ilkin nəticələri açıqlanıb. Açılan 30% bületinlərin nəticələrinə görə, Vladimir Putin 63,42% səslə liderdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR