«Qarant Sığorta» şirkəti daha iki filial açmaq niyyətindədir
16 fevral 2012 07:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Qarant Sığorta» şirkəti bu il ərzində ölkənin şimal və cənub zonasında yeni filiallarını açmağı planlaşdırır. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri vəzifəsini icra edən Fuad Allahverdiyev bildirib.
Onun sözlərinə görə, şirkətin yeni strateji planında regionlarda filial şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulub: «Məhz bu strategiyaya uyğun olaraq şirkət il ərzində Qubada və cənub rayonlarının birində yeni filiallar istifadəyə vermək niyyətindədir. Yeni filialların yaradılmasının əsas məqsədi şimal və cənub zonasının əhalisinin şirkətin sığorta məhsullardan yararlanmasını, həmçinin əlçatanlığını təmin etməkdir. Yeni filiallarda baş ofisdə göstərilən bu xidmətlər tətbiq olunacaq».
F.Allahverdiyev yeni hazırlanmış strategiyada 2012-ci il üçün bir sıra yeniliklər və inkişaf siyasətinin də nəzərdə tutulduğunu qeyd edib: «Əsas hədəf kimi şirkətin genişlənməsi, satışın yüksəldilməsi və bir çox sığorta növlərinin daha da təkmilləşdirilməsi planlaşdırılıb».
Xatırladaq ki, təsisçisi «ZQAN Holding» Şirkətlər Qrupu olan «Qarant Sığorta» şirkəti 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Hazırda şirkət 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.

Maliyyə
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024
Kapital Bank-ın 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
15:27
17 may 2024
BMT: 2024-cü ilin əvvəlindən artan neft qiymətləri Azərbaycan və Qazaxıstanın gəlirlərini artıracaq
15:18
17 may 2024
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
13:25
17 may 2024