Kanada Senatının üzvü Azərbaycanın Respublika Günü ilə əlaqədar bəyanat yayıb
01 iyun 2012 20:21 (UTC +04:00)
Bakı-APA.Kanada Senatının üzvü Salma Atullahcan Azərbaycanın Respublika Günü ilə bağlı bəyanat yayıb.
Səfirlikdən APA-ya verilən xəbərə görə, bəyanatda 1918-ci ilin 28 may tarixində Azərbaycanda demokratik respublikanın elan edildiyi və Azərbaycanın ilk müsəlman ölkəsi qismində qadınlara bərabər siyasi hüquqlar və seçki hüququ verdiyi qeyd olunub. Bəyanatda, həmçinin, Rusiya imperiyası ərazisində ilk dəfə 1901-ci ildə Azərbaycanda ilk qızlar gimnaziyasının təsis edildiyini və qadınların müxtəlif illərdə ölkənin yüksək vəzifələrində çalışdıqları bildirilib. Həmçinin, Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdiyi vurğulanıb.

Amerika
ABŞ-də qasırğa və tornado 15 nəfərin həyatına son qoyub
04:28
27 may 2024
Blinken: “Qarşıdakı aylar Gürcüstanın Avropaya inteqrasiya perspektivləri üçün həlledici olacaq”
02:49
27 may 2024
Papua – Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 670 nəfər ölüb
13:42
26 may 2024
Bayden: "Sinaloa" narkotik kartelinin lideri ABŞ-a ekstradisiya edilib"
07:54
26 may 2024