VIII Beynəlxalq Bakı Müəllif Mahnısı festivalına start verilir

VIII Beynəlxalq Bakı Müəllif Mahnısı festivalına start verilir
# 05 iyul 2012 10:34 (UTC +04:00)
Bakı – APA. İyulun 10-dan 19-na qədər Bakıda ənənəvi VIII Beynəlxalq Bakı Müəllif Mahnısı Festivalı keçiriləcək. Bakı Müəllif Mahnısı Klubunun
Təşkilat Komitəsindən APA-ya verilən xəbərə görə, festivalın rəsmi açılışı iyulun 14-də saat 22:00-da Novxanı qəsəbəsində yerləşən “Olimpik” Turistik Mərkəzində olacaq. Ayın 10-dan 19-na qədər isə Rəşid Behbudov adına Mahnı Teatrında festivalın qonaqları və iştirakçılarının konsertləri keçiriləcək.

İyulun 13-də Bakıda Tbilisi Müəllif Mahnısı Klubunun konserti planlaşdırılır. İyulun 15-də ilk dəfə olaraq festival çərçivəsində xüsusi müsabiqə konserti keçiriləcək. Bu müsabiqədə Rusiya, Gürcüstan və Azərbaycanın gənc bardları öz yaradıcılığını nümayiş etdirəcəklər. Bu il Bakı festivalına bir sıra gənc və istedadlı bardlar təşrif buyuracaq ki, bu da müəllif mahnısı janrının yaşayaraq inkişaf etdiyini sübut edir.

Festivalın yekun konserti iyulun 19-da Mahnı Teatrında keçiriləcək. Festival Azərbaycan Gənclər və İdman Nazirliyinin baş sponsorluğu, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunacaq.

Qeyd edək ki, müəllif (bard) mahnısı istiqaməti ötən əsrin 50-60-cı illərində Sovet İttifaqında yaranıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR