Azərbaycanda ərlə arvadı maşınla vuraraq öldürən sürücüyə hökm oxunub

Azərbaycanda ərlə arvadı maşınla vuraraq öldürən sürücüyə hökm oxunub
# 27 sentyabr 2012 11:33 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində iki piyadanın - ərlə arvadın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat qəzası törətməkdə təqsirləndirilən Biləsuvar rayon sakini Rövşən Seyfullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın Cənub bürosunun məlumatına görə, hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçən prosesdə R. Seyfullayev 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2011-ci il sentyabrın 18-də saat 22.20 radələrində Rövşən Seyfullayev Biləsuvar rayonu ərazisində idarə etdiyi “BMW” markalı avtomaşınla Aşağı Cürəli kənd sakinləri Ələkbər Əhmədov və onun arvadı Südabə Əhmədovanı vurub. Nəticədə hər iki piyada hadisə yerində dünyasını dəyişib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR