Göyçayda dağlıq ərazidə yanğın olub

Göyçayda dağlıq ərazidə yanğın olub
# 14 avqust 2012 08:02 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda yanğın hadisəsi baş verib. Rayon yanğından mühafizə hissəsindən APA-ya verilən məlumata görə, hadisə dünən axşam saatlarında Göyçay şəhərinin şimalındakı dağlıq ərazidə baş verib. Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Dağlıq ərazidə baş verən yanğın əsasən əl əməyi ilə söndürülüb. Ümumilikdə bir hektar ərazidə quru ot, kol-kos və xırda ağaclar yanıb. Yanğının genişlənməsinin qarşısı alınıb, yaxınlıqdakı magistral qaz kəməri və Göyçay şəhər qəbiristanlığı alovdan mühafizə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR