İranda iki nəfər edam olunub
22 fevral 2012 21:15 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Mazandaran vilayətinin Sari və Tonokabon şəhərlərində iki nəfər edam olunub. APA-nın məlumatına görə, bu barədə Mazandaran vilayətinin prokuroru Əsədullah Cəfəri məlumat verib. Onun sözlərinə görə, məhbuslar zorakılıq və təcavüzdə təqsirləndirilərək dara çəkiliblər: “Mazandaran vilayətinin məhkəməsinin ikinci şöbəsinin çıxardığı edam qərarını əyalətin Apelyasiya Məhkəməsi də qüvvədə saxlayıb. Hökm İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən və Əfv Komissiyası məhkumların əfvlə bağlı müraciətini rədd etdikdən sonra qərar icra olunub”.
Asiya
Türkiyə SQ İraq və Suriyada 7 terrorçu zərərsizləşdirib
11:47
17 may 2024
KİV: İsrailin müdafiə naziri Qəzzanın yeni idarəçilik formasını təklif edib
11:19
17 may 2024
Şimali Koreya Yapon dənizinə ballistik raket buraxıb
10:37
17 may 2024
Si Cinpin: “Ukrayna böhranının həlli üçün təhlükəsizlik mexanizmi yaradılmalıdır”
23:27
16 may 2024