“Azərsu” texniki işçilərin işə qəbulunu elan edib
07 iyun 2012 15:43 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Azərsu” ASC respublikanın bölgələrində texniki işçilərin işə qəbulunu elan edib.
ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, “Azərsu” ASC Azərbaycan hökumətinin Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Naftalan, Bərdə, Yevlax, Xızı və Qobustan şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərdə tikintiyə texniki nəzarəti həyata keçirmək üçün müvafiq ixtisaslı işçilərin işə qəbulunu elan edir.
Bu kateqoriyadan olan işçilər tikinti-quraşdırma işlərinə gündəlik texniki nəzarət edir, bu zaman qarşıya çıxa biləcək problemlərlə əlaqədar akt tərtib edərək sifarişçini müvafiq şəkildə məlumatlandırır, podratçı tərəfindən görülmüş tikinti-quraşdırma işlərinin bağlanmış müqavilələrin texniki tələblərinə və layihəyə uyğunluğunu yoxlayır və ortaya çıxa biləcək qüsurlarla bağlı texniki rəy verir.
Tələblərə görə namizədlərin inşaat mühəndisliyi üzrə ali təhsili və bu sahədə minimum 2 il iş təcrübəsi olmalıdır. Namizədlər inşaat norma və qaydalarını, tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını bilməlidir.
Müsabiqə zamanı adıçəkilən şəhərlərdə yaşayanlara və ingilis dilini bilənlərə üstünlük veriləcək. Maraqlananlar şəxsi məlumatlarını (CV) [email protected] e-mail ünvanına göndərə bilərlər. Əlavə məlumat üçün əlaqə telefonu (012) 431-49-77

İnfrastruktur
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024
Böyük Qayıdışa dair Proqramın icrası ilə bağlı monitorinqlərin nəticələri müzakirə olunub
15:47
17 may 2024