Böyük Britaniyadan Azərbaycana göndərilən pul köçürmələrindən faiz tutulmayacaq

Böyük Britaniyadan Azərbaycana göndərilən pul köçürmələrindən faiz tutulmayacaq
# 16 oktyabr 2012 14:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Zamin Bank» ASC-nin əməkdaşlıq etdiyi «Intel Express» (Böyük Britaniya) pulköçürmə sistemi yeni aksiyaya başlayıb.

«Zamin Bank»dan «APA-Economics»ə verilən məlumata görə, aksiyanın şərtlərinə əsasən, dekabrın 1-dək Böyük Britaniyadan Azərbaycana «Caspian Money Transfer» sistemi ilə aparılan köçürmələr 0% komissiya ilə aparılacaq. köçürmələr «Caspian Money Transfer» sistemi vasitəsilə «Zaminbank» ASC-nin bütün filial və şöbələrində ödəniləcək.

Xatırladaq ki, «Zamin Bank» ASC 1992-ci ilin noyabrında yaradılıb. Bankın ölkə üzrə 38 filialı, həmçinin Rusiyada «Moskva» nümayəndəliyi, 37 bankomatı və 1 891 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR