Azərbaycan və İsveçrə aqrar sahədə əməkdaşlığı güclənirir - FOTO

Azərbaycan və İsveçrə aqrar sahədə əməkdaşlığı güclənirir - <font color=red>FOTO</font>
# 04 oktyabr 2012 15:14 (UTC +04:00)
Bakı - APA-Economics. Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov İsveçrə Əməkdaşlıq Təşkilatının Cənubi Qafqaz üzrə regional direktoru Rudolf Şoxun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşün məqsədi İsveçrə Əməkdaşlıq Təşkilatının Azərbaycanla 2013-2016-cı illər üzrə Əməkdaşlıq Strategiyasının müzakirəsi olub. Nazir İsmət Abasov ölkə iqtisadiyyatının inkişafı, eləcə də aqrar sahədə əldə olunan nailiyyətlər və dövlətin aqrar sahəyə göstərdiyi qayğı haqqında ətraflı məlumat verib.

Görüşdə bildirilib ki, Azərbaycanla İsveçrə Konfederasiyası arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı, aqrar-sənaye kompleksi sahəsində də əməkdaşlıq dinamik inkişaf edir. Belə ki, 2011-ci ildə İsveçrədən Azərbaycana 749,5 min dollarlıq əsasən emal edilmiş meyvə-tərəvəz və qoz-fındıq məhsulları, tütün, spirtli və spirtsiz içkilər, taxıl, un, nişasta və süddən alınan hazır məhsullar, kakao və unlu qənnadı məmulatları və digər müxtəlif ərzaq məhsulları idxal olunub, Azərbaycandan İsveçrəyə isə 308 min dollarlıq əsasən meyvələr və qoz-fındıq, ət və balıqdan hazırlanmış məhsullar ixrac olunub. 2012-ci ilin ilk yarısında İsveçrədən ölkəmizə 356 min dollarlıq emal edilmiş meyvə-tərəvəz və qoz-fındıq məhsulları, tütün və tütün əvəzediciləri, süd məhsulları və digər ərzaq məhsulları idxal olunub. Bu dövrdə ölkəmizdən İsveçrəyə kənd təsərrüfatı və ərzaq məhsulları ixrac olunmayıb.

Qeyd olunub ki, Azərbaycanda aqrar sektorun inkişafı istiqamətində hökumət tərəfindən həyata keçirilən tədbirlərin və kənd təsərrüfatı sektorunda mütərəqqi dəyişikliklərin dəstəklənməsində İsveçrə hökumətinin də müəyyən töhfəsi olub. Belə ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı (FAO) tərəfindən 2007-2012-ci illərdə Azərbaycanda həyata keçirilmiş “Azərbaycan Respublikasının Ağdam rayonunun yeni salınmış qəsəbələrində məskunlaşmış məcburi köçkünlər və qaçqınlar üçün kəndin inkişafında potensialın artırılması” layihəsinin maliyyələşdirilməsində Azərbaycan hökuməti ilə yanaşı, İsveçrə hökuməti də iştirak edib.

İki ölkə arasında heyvandarlıq məhsullarının qarşılıqlı ticarətini asanlaşdırmaq məqsədilə tərəflər arasında 8 adda baytarlıq sertifikatı nümunələri razılaşdırılıb.

Nazir İsmət Abasov Azərbaycan və İsveçrə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə məqsədilə bəzi təklifləri nəzərə çatdırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR