Kürdəmirdə baş verən yol qəzasında iki nəfər xəsarət alıb

Kürdəmirdə baş verən yol qəzasında iki nəfər xəsarət alıb
# 02 may 2015 08:01 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov - APA. Kürdəmirdə iki nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.

Hüseynov Mövsüm Cəfər oğlunun idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə Bayramov Bayram Habil oğlunun idarə etdiyi “Mercedes” markalı sərnişin avtobusu toqquşub.

Nəticədə “VAZ” markalı maşının sürücüsü və sərnişini, Babayev Əlibaba Mətləb oğlu müxtəlif xəsarətlər alıblar. Onlar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, hər iki şəxsə tibbi yardım göstərilib, vəziyyətləri orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR