Bank Of Baku

AZAL bu gündən Bakı-Zaqatala marşrutu ilə uçuşlara başlayıb

AZAL bu gündən Bakı-Zaqatala marşrutu ilə uçuşlara başlayıb
# 26 sentyabr 2008 11:02 (UTC +04:00)
AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, bu marşrutla ilk təyyarə bu gün saat 14:00-da Bakıdan havaya qalxıb: «Ümumiyyətlə, uçuşlar hər həftənin I, III və V günləri saat 14:00-da yerinə yetiriləcək. Aviareyslər AZAL-ın Fransadan yeni aldığı ATR avialaynerləri ilə yerinə yetirilir».
Aviabiletin satış qiyməti Bakı-Zaqatala marşrutu ilə 52 manat, Bakı-Zaqatala-Bakı marşrutu ilə isə 104 manat təşkil edir.
Qeyd edək ki, ötən həftə rəsmi açılışı keçirilən Zaqatala Hava Limanının tikintisinə dövlət büdcəsindən 27,5 mln. manat ayrılıb. Gələcəkdə aeroport beynəlxalq status alarsa, buradan beynəlxalq sərnişin və yük daşımalarının da həyata keçirilməsi mümkün olacaq.
Xatırladaq ki, indiyədək ölkə daxilində AZAL Bakı-Naxçıvan və Bakı-Gəncə marşrutları ilə uçuşlar yerinə yetirib. Oktyabrın 4-dən isə həmçinin Bakı-Lənkəran aviareysinin açılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR