Bank Of Baku

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Finlandiyanın xarici ticarət və inkişaf naziri ilə görüşüb

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Finlandiyanın xarici ticarət  və inkişaf naziri ilə görüşüb
# 09 oktyabr 2008 13:56 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Bu gün Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bakıda səfərdə olan Finlandiyanın xarici ticarət və inkişaf naziri Paavo Vayrynen və bir sıra iri telekommunikasiya şirkətlərinin nümayəndələrinin daxil olduğu nümayəndə heyəti ilə görüşüb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında İKT sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Qonaqlar Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduqlarını bildiriblər və ölkədə bu sahənin inkişaf etdiyini xüsusi vurğulayıblar.
Ə.Abbasov Azərbaycanda reallaşan və planlaşdırılan layihələr barədə Finlandiya nümayəndə heyətinə ətraflı məlumat verib. Nazir qonaqlara ölkədə İKT sektorunun sürətli inkişafından danışıb.
Görüş zamanı həmçinin Azərbaycan bazarına Finlandiya investisiyalarının cəlb olunmasının mümkünlüyü və bu təkliflərin hər iki tərəf üçün faydalılığı müzakirə olunub.
Ə.Abbasov Paavo Vayryneni bu ilin noyabrın 11-14-də Bakıda keçiriləcək «BakuTel-2008» beynəlxalq konfrans və sərgiyə dəvət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR