Bank Of Baku

HP: Azərbaycan yüksək texnologiyalar sahəsində MDB-nin liderlərindəndir

HP: Azərbaycan yüksək texnologiyalar sahəsində MDB-nin liderlərindəndir
# 10 noyabr 2008 13:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan informasiya texnologiyalarının insan həyatının müxtəlif sahələrində tətbiqi tempinə görə MDB məkanının liderlərindən biridir. «APA-Economics»in məlumatına görə, bunu HP şirkətinin Rusiya və MDB ölkələri üzrə baş direktoru Rudi Kozak bildirib.
R.Kozakın sözlərinə görə, Azərbaycanın İKT sektoruna yaxından nəzər yetirdikdə dərhal iki əsas inkişaf istiqamətini müəyyən etmək olar – müxtəlif sahələrin fəaliyyətlərinin təmin edilməsi üçün texnologiyalar və yeni iqtisadiyyat. R.Kozak bildirib ki, ölkədə iri İKT layihələri reallaşdırılır. Bundan əlavə, planlaşdırılmış layihələrin bir neçəsi nəinki milli, hətta region miqyaslıdır. Azərbaycanın dövlət sektorunda, təhsilində, biznesin müxtəlif seqmentlərində informasiya texnologiyalarının sistemli tətbiqi həyata keçirilir. «HP şirkəti bu cür yüksək səviyyəli layihələrin reallaşdırılmasında Azərbaycanın fəal tərəfdaşlarındandır. Bundan əlavə, HP texnologiyaları maliyyə sahəsində də fəal şəkildə tətbiq olunur və artıq ölkənin bir neçə aparıcı bankı öz informasiya sistemlərini HP həllərinin yardımı ilə qurub», - deyə R.Kozak bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR