Bank Of Baku

Araşdırma: «Volkswagen» avtomobilləri daha az yol qəzasına uğrayır

Araşdırma: «Volkswagen» avtomobilləri daha az yol qəzasına uğrayır
# 24 noyabr 2008 10:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniyanın sığorta şirkətləri «Volkswagen» avtomobillərinin daha az yol qəzasına uğradığını bildirir.
«APA-Economics»in məlumatına görə, «daha az qəzaya uğrayan avtomobillər» siyahısına həmçinin «Skoda», «Suzuki» və «Daihatsu» avtomobilləri də daxil edilib. Belə ki, bu avtomobillərin sürücüləri daha az yol qəzalarının iştirakçısı olurlar. Bu isə öz növbəsində göstərir ki, Almaniyanın sığorta şirkətləri artıq yaxın vaxtlarda sözügedən avtomobilləri sığortalayarkən faiz dərəcələrini endirə bilər.
Qeyd edək ki, «Mercedes-Benz», «Nissan» və «Chrysler» avtomobillərinin sürücüləri isə avtomobil sığortasında faiz dərəcələrinin aşağı salınmasını gözləməyə bilər. Belə ki, statistikaya görə, bu avtomobillər yol qəzalarına daha çox uğrayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR