Bank Of Baku

Gələn ay Azərbaycanda ilk dəfə İnternetdən ödəniş sistemi istifadə veriləcək

Gələn ay Azərbaycanda ilk dəfə İnternetdən ödəniş sistemi istifadə veriləcək
# 24 noyabr 2008 13:17 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Dekabrın 2-də Bakıda «SilverKey Technologies Azerbaijan» şirkəti ölkədə İnternet üzərindən ilk ödəmə sistemi – «GoldenPay»in təqdimat mərasimini keçirəcək.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bu ödəmə sisteminin tətbiqi Azərbaycanda elektron ticarətin (e-commerce) inkişafında ən əsas addımdır. «GoldenPay» sistemi «Visa İnternational» və «MasterCard» beynəlxalq ödəniş sistemləri tərəfindən sertifikatlaşdırılıb, təhlükəsizlik sistemləri isə «3D Secure» dünya standartlarının tələblərinə cavab verir. Bundan əlavə, elektron təhlükəsizlik sahəsində dünya lideri «VeriSign» şirkətindən də sertifikat alınıb.
Təqdimatdan sonra Azərbaycandakı İnternet istifadəçiləri «GoldenPay» vasitəsilə yerli on-line mağazalarda (e-shop) alış-veriş edəcək, biletlər və mehmanxanalarda yerlər sifariş edəcək, kommunal xərcləri ödəyəcək, sığorta polislərini əldə edəcək, bank əməliyyatlarını həyata keçirə biləcəklər.
Qeyd edək ki, mərkəzi ofisi ABŞ-da yerləşən «SilverKey» şirkəti 2003-cü ildə yaradılıb. Elektron-həyatın (e-Life) tətbiqini sürətləndirmək məqsədilə 2006-cı ildə yaradılmış «SilverKey Technologies Azerbaijan» bu şirkətin dünyadakı beş əsas ofisindən biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR