Bank Of Baku

«Porsche» avtomobilinin yeni modelinin şəkilləri nümayiş olunub

«Porsche» avtomobilinin yeni modelinin şəkilləri nümayiş olunub
# 24 noyabr 2008 14:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniyanın «Porsche» avtomobil şirkəti yeni «Porsche Panamera» modelinin ilk rəsmi şəkillərini nümayiş etdirib.
«APA-Economics»in məlumatına görə, yeni model 4 qapılı da olsa, sedan deyil – kupe versiyasında istehsal olunacaq. «Porsche Panamera»nın uzunluğu 4 970 mm təşkil edəcək ki, bu da, «Mercedes-Benz» avtomobilinin S-klass və «BMW»nin 7-ci seriyasından bir qədər azdır.
Yeni model 3,6 litr (300 at gücü) və 4,8 litr (500 at gücü) həcmində benzin mühərriklərlə təchiz olunacaq. «Porsche Panamera» həm avtomat, həm də mexaniki sürət ötürücü sistemləri ilə təchiz olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR