Bank Of Baku

Bakıda «Uşaqların İnternetdə Təhlükəsizliyi» layihəsinin təqdimatı keçirilib

Bakıda «Uşaqların İnternetdə Təhlükəsizliyi» layihəsinin təqdimatı keçirilib
# 25 noyabr 2008 10:01 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Bu gün Bakıda «Microsoft Azerbaijan» şirkəti, Azərbaycan Təhsil Nazirliyi və İnternet Forumunun birgə həyata keçirdiyi «Uşaqların İnternetdə Təhlükəsizliyi» pilot layihəsinin təqdimatı keçirilib.
«APA-Economics»in məlumatına görə, «Microsoft Azerbaijan» şirkətinin baş direktoru Teymur Axundov bildirib ki, Azərbaycanın təhsil sahəsində reallaşdırılan layihə «Microsoft» şirkətinin bütün dünyada həyata keçirdiyi «Child Safety Online» qlobal proqramının tərkib hissəsidir.
Layihənin əsas məqsədi ictimaiyyətin diqqətini uşaqların İnternetdən təhlükəsiz istifadəsi probleminə yönəltməkdir: «İnternet istənilən məlumatları ani şəkildə əldə etməyə imkan verir. Amma nəzərə almalıyıq ki, həmin məlumatlar uşaqlar üçün həm faydalı, həm də çox zərərli ola bilər. Ona görə də uşaqlar qlobal şəkildə mövcud olan təcavüzkar xarakterli məlumatlardan qorunmalıdır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR