Bank Of Baku

Gələn ilin sonunadək Azərbaycanda 700 məktəb İnternetlə təmin ediləcək

Gələn ilin sonunadək Azərbaycanda 700 məktəb İnternetlə təmin ediləcək
# 25 noyabr 2008 10:21 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Təhsil Nazirliyi ölkədəki təhsil müəssisələrinin vahid mərkəzdən İnternetdən təmin edilməsini nəzərdə tutan DATA Mərkəzinin yaradılmasına başlayıb.
«APA-Economics»in məlumatına görə, Təhsil Nazirli yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə İdarənin rəisi Samir Məmmədov bildirib ki, artıq lazımi avadanlıqlar sifariş edilib. Bu ilin sonuna qədər 200-dək orta məktəb DATA Mərkəzinə qoşulacaq ki, bu da respublikadakı orta məktəblərin 10-15%-ni təşkil edir. Bu il görülən işlər əsasən, Bakı, Sumqayıt, Gəncə şəhərləri və pilot kimi seçilmiş bir neçə əlavə rayon – Şəmkir, Goranboy, Hacıqabuldakı məktəbləri əhatə edib.
S.Məmmədov qeyd edib ki, beş ili əhatə edən Təhsil sisteminin informasiyalaşdırılması Dövlət Proqramı çərçivəsində 2012-ci ilin sonunadək respublikadakı bütün təhsil müəssisələri DATA Mərkəzinə qoşulacaq. Gələn il ərzində isə ölkədə 500-dək məktəbin İnternetlə təmini nəzərdə tutulur. S.Məmmədovun sözlərinə görə, gələn il görüləcək işlərin əhatə dairəsini genişləndirərək respublikanın bütün rayon mərkəzlərində bir neçə məktəbi İnternetlə təmin edilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR