Bank Of Baku

Azərbaycanın «KaTV 1» kabel televiziyası gələn il nümayiş etdirdiyi telekanalların sayını iki dəfə artıracaq

Azərbaycanın «KaTV 1» kabel televiziyası gələn il nümayiş etdirdiyi telekanalların sayını iki dəfə artıracaq
# 03 dekabr 2008 06:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn ildən etibarən Azərbaycanın «KaTV 1» kabel televiziyası Bakı şəhərində nümayiş etdirdiyi telekanalların sayını artıracaq. Bu barədə «APA-Economics»ə «KaTV 1»in baş ofisindən məlumat verilib.
«Gələn ilin yanvar ayında nümayiş etdirdiyimiz kanalların sayının 60-a çatdıracağıq. Əlavə olunan kanalların hamısı rəqəmsal rejimdə göstəriləcək. Ümumilikdə isə, 2009-cu il ərzində yeni Türkiyə, Rusiya və Avropa televiziya kanalları hesabına yayılanan telekanalların sayını 100-ə çatdırmağı planlaşdırırıq», - deyə «KaTV 1»dən bildirilib.
Hazırda «KaTV 1» kabel televiziyasının nümayiş etdirdiyi telekanalların sayı 50-dir (yerli telekanallarla birlikdə).
Qeyd edək ki, «KaTV 1» 2005-ci ildən fəaliyyət göstərir. Həmin ilin avqust ayında Milli Teleradio Şurası tərəfindən şirkətə kabel yayımı üçün lisenziya verilib.
«KATV 1»in tərəfdaşları sırasına «SN Telecom», «Lentinert Global Ltd.», «Metrovide Sistem Ltd.», «Viasat Holding» kimi şirkətlər daxildir.
Azərbaycanda «KaTV 1» brendini «AG Telecom» MMC təqdim edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR