Bank Of Baku

Ermənistan Cənubi Qafqazda həyata keçirilən transmilli nəqliyyat layihələrində iştirak etmək arzusundadır

Ermənistan Cənubi Qafqazda həyata keçirilən transmilli nəqliyyat layihələrində iştirak etmək arzusundadır
# 04 dekabr 2008 07:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. «Ermənistan Cənubi Qafqaz regionunda həyata keçirilən transmilli nəqliyyat layihələrində iştirak etmək arzusundadır». APA-nın məlumatına görə, bunu TRACECA Hökumətlərarası Komissiyasının Bakıda keçirilən Nazirlər Sammitinə qatılan Ermənistanın nəqliyyat və rabitə nazirliyinin beynəlxalq əlaqələr departamentinin rəisi Qaqik Qriqoryan bildirib: «Regionda həyata keçirilən böyük layihələrdə iştirak təklifləri olarsa, bu məsələlərə baxa bilər və minnətdar olardıq. Regional layihələr regionda infrastrukturun yeniləşdirilməsinə, inkişafına yardım göstərəcək».

Q. Qriqoryan ölkəsinin TRACECA proqramında iştirak etdiyini və bu proqramın regionun Avropaya inteqrasiyasında mühüm rol oynadığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR