Bank Of Baku

Azərbaycanda dəmir yolunun inkişaf proqramı yenidən işlənilir

Azərbaycanda dəmir yolunun inkişaf proqramı yenidən işlənilir
# 04 dekabr 2008 09:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Dövlət Dəmir Yolunun inkişaf Proqramı yenidən işlənilir. «APA-Economics»in məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov bildirib.
«Əvvəlcə proqram 4 il üçün nəzərdə tutulmuşdu. Sonradan proqrama əlavə layihələr daxil edilməklə müddəti 5 illik olub», - deyə Z.Məmmədov bildirib.
Proqramda dəmir yolun inkişaf prioritetləri göstərilib, həmçinin yeni lokomotivlərin, vaqonların alınması, yükdaşımanın artırılması, infrastrukturun yeniləşdirilməsi və s. istiqamətdə kompleks tədbirlər nəzərdə tutulur.
Z.Məmmədovun sözlərinə görə, hazırda proqramda göstərilən layihələrin maliyyələşdirmə mənbələri öyrənilir. İşlər yekunlaşandan sonra proqramın layihəsi təsdiqlənmək üçün prezident administrasiyasına təqdim olunacaq.
Qeyd edək ki, ADDY 1880-ci ildə yaradılıb. Hazırda Azərbaycanda dəmir yollarının uzunluğu 2 944 km, istismar uzunluğu isə 2 122 km təşkil edir. Dəmir yolu xəttinin 1 277,1 km-i (60%) elektrikləşdirilib.
ADDY-nin balansında 473 lokomotiv (278 lokomotivin istismar müddəti başa çatıb), SR3 markalı 2 ədəd və ER2 markalı 71 ədəd elektrik qatarı, 734 sərnişin (32 «SV», 227 «Kupe», 340 «Plaskart» tipli) vaqonu var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR