Bank Of Baku

Xaçmaz və Şirvan telekommunikasiya qovşaqları yeni EATS quraşdırılması üçün kotirovka sifarişi elan ediblər

Xaçmaz və Şirvan telekommunikasiya qovşaqları yeni EATS quraşdırılması  üçün kotirovka sifarişi elan ediblər
# 14 mart 2009 11:04 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. “Aztelekom” İstehsalat Birliyinin Xaçmaz Telekommunikasiya Qovşağı yeni EATS-in quraşdırılması üçün kotirovka sorğusu elan edib. “Aztelekom” İD-dən “APA-Economics”ə verilən məlumata görə, kotirovkanın şərtlərinə əsasən sorğu 512/30 nömrə tutumlu EATS-in və transmissiya avadanlığının alınması ilə bağlı keçirilir. İştirakçıların təklifləri martın 30-dək qəbul olunur. Kotirovka proseduru ilə əlaqədar məlumatı Telekommunikasiya Qovşağının Kotirovka Komissiyasından almaq olar. Əlaqə telefonu: (172) 5-14-75.

Xaçmaz Telekommunikasiya Qovşağı da yeni EATS-in quraşdırılması üçün kotirovka sorğusu elan edib. Kotirovkanın şərtlərinə əsasən sorğu “Karel” tipli 256 nömrə tutumlu EATS-in alınması ilə bağlı keçirilir. Təkliflər martın 31-dək qəbul olunur. Kotirovka proseduru ilə əlaqədar məlumatı Telekommunikasiya Qovşağının Kotirovka Komissiyasından almaq olar. Əlaqə telefonu: (197) 5-05-01.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR