Bank Of Baku

Qüdrət Qurbanov: «Azərbaycan regionun dəniz daşımaçılığında aparıcı dövlətə çevriləcək»

Qüdrət Qurbanov: «Azərbaycan regionun dəniz daşımaçılığında aparıcı dövlətə çevriləcək»
# 16 mart 2009 08:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu il Azərbaycan donanmasına 6 gəminin daxil edilməsi planlaşdırılır. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov bildirib.
Q.Qurbanovun sözlərinə görə, tanker donanmasının yeniləşdirilməsi prosesi çərçivəsində yeni tankerlər sifariş verilib.
«Bu il həm donanmanın yeniləşdirilməsi, həm də yeni dəniz limanının tikintisinə başlanması nəzərdə tutulur. Yaxın perspektivdə Azərbaycan regionun dəniz daşımaçılığında aparıcı dövlətə çevriləcək», - deyə Q.Qurbanov vurğulayıb.
Administrasiya rəisi gəmiqayırma və gəmi təmiri zavodunun tikintisindən sonra donanmanın milli sənaye əsasında tam şəkildə yeniləşəcəyini qeyd edib.
Hazırda dənizçiliklə bağlı bir sıra qanunvericilik sənədləri hazırlandığını deyən Q.Qurbanov Azərbaycanın eyni zamanda Qazaxıstan və Türkmənistana müvafiq qurumların yaradılmasında yardımlar göstərdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR