Bank Of Baku

Martın 26-29-da Bakıda keçiriləcək beynəlxalq avtomobil sərgisinin ekspozisiya sahəsi 25% azalıb

Martın 26-29-da Bakıda keçiriləcək beynəlxalq avtomobil sərgisinin ekspozisiya sahəsi 25% azalıb
# 16 mart 2009 09:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin martın 26-29-da Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda keçiriləcək VI Azərbaycan Beynəlxalq Avtomobil və III Beynəlxalq Ehtiyat Hissələri, Aksesuarlar və Xidmət Avadanlıqları Sərgilərində («AutoShow» və «AutoParts») ekspozisiya sahəsi 25% azalacaq. «APA-Economics»in məlumatına görə, bunu bu gün «AutoShow» və «AutoParts» sərgiləri ilə bağlı keçirilən mətbuat konfransında «Iteca Caspian» şirkətinin direktoru Fərid Məmmədov bildirib.
F.Məmmədovun sözlərinə görə, Özbəkistan, Qazaxıstan, Rusiya, Bolqarıstan, Rumıniyada analoji sərgilərin keçirilməsi təxirə salınıb: «Ötən illə müqayisədə sərginin ümumi sahəsi 25% azalacaq ki, bu da qlobal maliyyə böhranı ilə əlaqədardır. Lakin digər ölkələrə baxanda, Azərbaycanda bu sərginin keçirilməsi çox müsbət hal kimi qiymətləndirilir».
F.Məmmədov həmçinin qeyd edib ki, yaz mövsümündə Azərbaycanda keçiriləcək sərgilərdən maliyyə böhranı ən çox avtomobil sahəsinə təsir edib. Belə ki, bu mövsüm keçiriləcək turizm, qida, neft-qaz sərgilərində azalma gözlənilmir.
Tədbirdə çıxış edən «AutoShow» və «AutoParts» sərgilərinin meneceri Babək Amaşov bildirib ki, sərgilərdə 15 ölkədən 50-dən artıq şirkət iştirak edəcək: «Avtomobil sərgisi iki hissədən ibarət olacaq – pavilyon və açıq sahədə. Tədbirdə müxtəlif növ yeni avtomobil və avtomobil avadanlıqları nümayiş olunacaq». B.Amaşov onu da bildirib ki, sərgidə iştirakçıların 40%-ni yerli, 60%-ni isə xarici şirkətlər təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR