Bank Of Baku

Rusiya Dəniz Administrasiyasının ekspertləri Azərbaycana gələcək

Rusiya Dəniz Administrasiyasının ekspertləri Azərbaycana gələcək
# 16 mart 2009 09:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Yaxın vaxtlarda Rusiya Dəniz Administrasiyasının ekspertlərinin Azərbaycana səfəri gözlənilir. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanov məlumat verib.
Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri, o cümlədən Azərbaycan gəmilərinə 2009-cu ildə Rusiyanın daxili sularından istifadəyə dair icazənin verilməsi müzakirə olunacaq: «İldə Rusiya daxili sularından istifadə üçün 25 Azərbaycan gəmisinə icazə verilir. Ümumilikdə, icazələrin alınmasında problem yoxdur. Müraciətlərə uyğun olaraq istənilən gəmiyə icazə ala bilirik».
Qeyd edək ki, Xəzər dənizində növbəti naviqasiya dövrü aprel ayının ikinci yarısında başlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR