Bank Of Baku

Dünya maliyyə böhranı «ITE Group»a da təsir göstərib

Dünya maliyyə böhranı «ITE Group»a da təsir göstərib
# 16 mart 2009 11:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Hazırda dünyada müşahidə olunan maliyyə böhranı Böyük Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətindən yan keçməyib.
«APA-Economics»in məlumatına görə, «Iteca Caspian» şirkətinin direktoru Fərid Məmmədov qeyd edib ki, əgər 2000-ci ildə - «Iteca Caspian» şirkəti yaradılanda şirkətdə cəmi 2 nəfər çalışırdısa, 2008-ci ilin sonuna işçilərin sayı 40 nəfərə çatıb: «Biz yeni layihələrin keçirilməsində təzə iş yerləri açmaq niyyətində idik. Lakin qlobal maliyyə böhranı buna imkan verməyəcək və yeni layihələrin öhdəsindən mövcud işçilərimizlə gəlməli olacağıq».
F.Məmmədov onu da bildirib ki, maliyyə böhranına baxmayaraq, şirkətdə işçi ixtisarı aparılmayıb.
Qeyd edək ki, bu ilin sentyabr ayında «Iteca Caspian» şirkəti Azərbaycanda ilk dəfə olaraq Uşaq Aləmi Sərgisini («Baby Show») keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR