Bank Of Baku

«Uralskiye avialinii» şirkəti martın 29-da yay cədvəlinə keçəcək

«Uralskiye avialinii» şirkəti martın 29-da yay cədvəlinə keçəcək
# 16 mart 2009 13:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayının 29-da Rusiyanın «Uralskiye avialinii» ASC yay hərəkət cədvəlinə keçəcək.
«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yay mövsümündə aviaşirkətin MDB ölkələrinə yerinə yetirəcək yeni aviareyslərdə aktivlik müşahidə olunacağı gözlənilir. Aviareyslər şirkətin yay mövsümü ərzində əldə edəcəyi yeni «Airbus-321» avialayneri ilə yerinə yetiriləcək.
Qeyd edək ki, bu ilin martın 9-dan etibarən «Uralskiye avialinii» şirkəti Sankt-Peterburq-Gəncə marşrutu ilə uçuşlara başlayıb. Aviareys hər həftənin I günü «Airbus-320» təyyarəsi ilə yerinə yetirilir. Biletin qiyməti isə 160 avro (bir tərəfə) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR