Bank Of Baku

Norveç Xəritəçəkmə və Kadastr Agentliyinin ekspertləri Azərbaycana gəlib

Norveç Xəritəçəkmə və Kadastr Agentliyinin ekspertləri Azərbaycana gəlib
# 17 mart 2009 07:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Norveç Xəritəçəkmə və Kadastr Agentliyinin nümayəndə heyəti Azərbaycana gəlib. Bu barədə «APA-Economics»ə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (DƏDRX) məlumat verilib.
DƏDRX-də keçirilmiş görüşdə qeyd olunub ki, Azərbaycanda daşınmaz əmlakın kadastrı və hüquqların dövlət qeydiyyatı sisteminin beynəlxalq təcrübəyə uyğun qurulması barədə məlumat verilib.
Norveç nümayəndə heyətinə həmçinin Dünya Bankının dəstəyi ilə Azərbaycanda həyata keçirilən «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi», bu layihə çərçivəsində görülmüş işlər haqqında məlumat verilib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR