Bank Of Baku

Azərbaycan paytaxtında nəqliyyatın hərəkətini idarə edəcək mərkəzin təməlqoyma mərasimi keçiriləcək

Azərbaycan paytaxtında nəqliyyatın hərəkətini idarə edəcək mərkəzin təməlqoyma mərasimi keçiriləcək
# 17 mart 2009 07:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı şəhərində Nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi Sisteminin yerləşəcəyi mərkəzin təməl qoyulması mart ayının sonun günlərində keçiriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Nəqliyyat Nazirliyindən məlumat verilib.
Paytaxtın Heydər Əliyev prospektində yerləşəcək mərkəzdə nəqliyyatın hərəkətini müşahidə və nəzarət etmək məqsədi ilə müasir avadanlıqların alınması planlaşdırılır. Artıq bəzi avadanlıqlar ölkəyə gətirilib. Nazirlikdən verilən məlumata görə, artıq sistemin layihəsi ekspertizadan keçirilib və tam şəkildə razılaşdırılıb.
Qeyd edək ki, Nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi Sisteminin yaradılmasına dair Koreyanın «SK C&C» şirkəti ilə müqavilə 2008-ci ilin may ayında imzalanıb. Sistemin tətbiqi nəticəsində marşrutların hərəkəti tənzimlənəcək, onların hərəkət qrafikinə nəzarət imkanı yaranacaq. Bu çərçivədə fövqəladə hallar zamanı şəhər nəqliyyatının idarə olunmasının təşkili, yollarda, yol ötürücülərində, dayanacaqlarda və parklanma yerlərində qəzalar (yol-nəqliyyat hadisələri, terror aktları və s.) haqqında məlumatların yığılması, qeydə alınması və aidiyyəti təşkilatlara ötürülməsi həyata keçiriləcək. Video, mikrodalğalı aşkarlayıcılar, aşkarlayıcı halqalar vasitəsilə real zamanda nəqliyyatın cari vəziyyəti haqqında informasiya İTS serverlərinə toplanacaq. Kabel televiziyası, İnternet, mobil telefonlar, elektrik rəqəmsal tablolar, avtobus dayanacaqlarında quraşdırılan informasiya tabloları kimi müxtəlif informasiya təminatı vasitələrinin köməyi ilə nəqliyyatın ümumi vəziyyəti, qəzalar və s. üzrə informasiya istifadəçilərə ötürüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR