Bank Of Baku

Yanvar-fevral aylarında Azərbaycanda göstərilən rabitə xidmətlərinin həcmi 2% artıb

Yanvar-fevral aylarında Azərbaycanda göstərilən rabitə xidmətlərinin həcmi 2% artıb
# 17 mart 2009 07:23 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən telekommunikasiya və poçt müəssisələri tərəfindən təsərrüfat subyektlərinə və əhaliyə faktiki qiymətlərlə 123,2 mln. manatlıq rabitə xidmətləri göstərilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə bu il göstərilən rabitə xidmətlərinin həcmi 1,8% artıb. Xidmətlərin 77,3%-i və ya manat ifadəsində 95,2 mln. manatlıq hissəsi bilavasitə əhaliyə göstərilib. Qeyd edək ki, əhaliyə göstərilən rabitə xidmətlərinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən dəyişməyib.
Hesabat dövründə göstərilən rabitə xidmətlərinin artım tempi Abşeron iqtisadi rayonunda 15,8%, Quba-Xaçmazda 11,8%, Dağlıq Şirvanda 8,7%, Şəki-Zaqatalada 9,1%, Aranda 11,4%, Lənkəranda 9,0%, Gəncə-Qazax iqtisadi rayonunda isə 6,8% olub. Göründüyü kimi, ən yüksək artım tempi Abşeron, Quba-Xaçmaz və Aran iqtisadi rayonlarında qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR