Bank Of Baku

Ədliyyə Nazirliyi inventar, kompüter avadanlığı, geyim formalarının alınması üzrə tender keçirir

Ədliyyə Nazirliyi inventar, kompüter avadanlığı, geyim formalarının alınması üzrə tender keçirir
# 17 mart 2009 08:32 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Ədliyyə Nazirliyi 2009-cu ildə inventar, kompüter avadanlığı, ədliyyə işçilərinə geyim formalarının satınalması ilə əlaqədar açıq tender elan edib.
Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, müsabiqə 5 lot üzrə keçirilir. Belə ki, 1-ci lot üzrə Ədliyyə Nazirliyinin işçilərinə geyim formaları, 2-ci lot üzrə Nazirliyin qurumlarına ofis və kabinet mebelləri, 3-cü lot üzrə rayon (şəhər) məhkəmələrinə ofis və kabinet mebelləri, 4-cü lot üzrə Nazirliyin qurumlarına kompüter avadanlığı, 5-ci lot üzrə rayon (şəhər) məhkəmələrinə kompüter avadanlığının alınması nəzərdə tutulub. Malların təchiz olunma müddəti 2009-cu ilin sonuna kimi müəyyən edilib.
Qeyd edək ki, Lot-1 üzrə tenderdə iştirak haqqı 500 manat, Lot-2 üzrə 600 manat, Lot-3 üzrə 900 manat, Lot-4 üzrə 400 manat, Lot-5 üzrə isə 800 manat təşkil edir. İddiaçılar tender sənədləri aprelin 13-dək, tender təkliflərini isə aprelin 20-dək Tender Komissiyasına təqdim olunmalıdır. Tender prosedurası aprelin 21-də keçiriləcək.
Əlaqə telefonu: (+994 12) 492-62-35.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR