Bank Of Baku

Gəncə Dövlət Universitetinin kompüterləşdirilməsi başa çatıb

Gəncə Dövlət Universitetinin kompüterləşdirilməsi başa çatıb
# 17 mart 2009 11:28 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Gəncə Dövlət Universitetinin (GDU) kompüterləşdirilməsi prosesi çərçivəsində görülən işlərin tamamilə başa çatdırılıb. Universitetin kafedra və şöbələrində quraşdırılmış kompüterlərin hamısı İnternet şəbəkəsinə qoşulub. Bu barədə «APA-Economics»ə GDU-dan məlumat verilib.
Universitetin veb-saytında tələbələrin fəaliyyəti, eləcə də imtahan göstəriciləri yerləşdirilib və yeni sistem hər bir tələbə haqqında məlumat almağa imkan verir. Nəticədə, universitetdə yaradılan İnternet şəbəkəsi vasitəsi ilə tələbələrin valideynləri artıq öz övladlarının necə təhsil almaları barədə operativ və ətraflı məlumat toplamaq imkanı əldə ediblər.
Bununla yanaşı, Gəncə Dövlət Universitetinin rəsmi saytına yeni bölüm əlavə olunur. Yeni bölüm QDU-nun İKT şöbəsinin fəaliyyətinə həsr ediləcək.
Xatırladaq ki, hazırda GDU-da 4 min tələbə təhsil alır və onların 32-si əcnəbidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR